"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçını keçirəcək.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Çelsi"ni qəbul edəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin İngiltərə klubuna qarşı matçına 21:45-də start veriləcək.
Qeyd edək ki, "Qarabağ" 6 xalla 15-ci pillədədir. "Çelsi" isə 6 xalla 13-cü sırada qərarlaşıb.
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
21:45 "Qarabağ" - "Çelsi" (İngiltərə)
Baş hakim: Sebastyan Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika stadionu
