Türkiyə millisinin İspaniya ilə oyun üçün heyəti açıqlandı

09:22 - 8 Noyabr 2025

Türkiyə milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və İspaniyaya qarşı keçirəcəkləri oyunlar üçün ilkin heyətlər açıqlanıb.

Sportal.az xəbər verir ki, "Fənərbaxça"nın heyətindən kənarda qalan İrfan Can Kahveci də siyahıda yer alıb.

"Midyulland"ın futbolçusu Aral Şimşir ilk dəfə milliyə dəvət edilib.

Qapıçılar: Altay Bayındır, Mert Günok, Muhammed Şengezer, Uğurcan Çakır

Müdafiəçilər: Abdülkerim Bardakcı, Çağlar Söyüncü, Emirhan Topçu, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Samet Akaydın, Zeki Çelik

Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan

Hücumçular: Aral Şimşir, Arda Güler, Barış Alper Yılmaz, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yusuf Sarı

Qeyd edək ki, Türkiyə millisi noyabr 15-i saat 21:00-da Bolqarıstanı qəbul edəcək. Vinçentso Montellonun komnadası 3 gündən sonra İspaniyanın qonağı olacaq. 

Xəbər xətti