Türkiyə millisinin sabiq üzvü "Qarabağ" - "Çelsi" matçı haqda: "Böyük nailiyyətdir"

11:22 - 8 Noyabr 2025

Türkiyə milli komandasının keçmiş hücumçusu Nihat Kahveci Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Bakıda keçirilən “Qarabağ" - "Çelsi" görüşü(2:2) barədə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, veteran futbolçu Azərbaycan çempionunun güclü rəqibi ilə bərabərə qalması haqda bunları deyib: “Qarabağ"ı daha bir uğur münasibətilə təbrik edirəm. Onlar xallarının sayını 7-ə çatdırdılar. “Qarabağ” "Çelsi"yə uduzurdu, amma sonradan iki qol vurdular və hesabda irəli də çıxdılar. Sonda da matç heç-heçə başa çatdı. Dörd turdan sonra aktivində 7 xalı olan “Qarabağ” alqışa layiqdir. Qurban Qurbanovun komandasına afərin. Bu, böyük nailiyyət”.

Xəbər xətti