"Futbolçular bu məsələ ilə bağlı mənim münasibətimi yaxşı bilirlər"

11:34 - 18 Noyabr 2025

"Faydalı hazırlıq prosesi keçdik. Futbolçularla həm oyunun mental tərəfi, həm də taktiki mövzular haqqında söhbətlər apardıq. Ümumilikdə uşaqların matça köklənmələrindən və toplanış dönəmindəki hazırlıqlarından razıyam. Bundan başqa, Səttar Tahirzadəni də komandaya cəlb etdik. Ümid edirəm ki, ona debüt imkanı yaranacaq”.

Sportal.az xəbər verir ki, bunu U-21 Azərbaycan milli komndasının baş məşqçisi Rəşad Eyyubov deyib.

O, Cəbəllütariqlə AVRO-2027-nin seçmə matçına hazırlıq haqda danışıb: "Səfərdə çıxış edəcəyimizə baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq. Bizi motivasiyalı rəqib gözləyir. Onların bu görüşdə bütün güclərini ortaya qoyacaqlarına əminəm. Futbolçular bu məsələ ilə bağlı mənim münasibətimi yaxşı bilirlər. Biz hansısa aspektdə rəqibdən daha güclü ola və ya əksinə, müəyyən cəhətlərdə zəif görünə bilərik. Amma rəqibin kimliyindən asılı olmayaraq, qətiyyən heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir".

Qeyd edək ki, bu gecə “Europa Point Stadium”da keçiriləcək Cəbəllütariq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Xəbər xətti