İslandiya millisinin baş məşqçisi Arnar Qunnleyqsson DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun 6-cı turunda Ukrayna ilə keçiriləcək oyun barədə danışarkən, Bakıda Azərbaycan üzərində qazandıqları qələbəni(0:2) də şərh edib.
Sportal.az xəbər verir ki, island mütəxəssis paytaxtımızdakı qalibiyyət haqda bunları deyib:
“Ukraynaya qarşı çox vacib oyuna çıxacağıq. Azərbaycanla görüşdən tamamilə fərqli oyundur. Düşünürəm ki, son oyunun ikinci hissəsində oyunçular özlərinə yaxşı qorudular və həmişəki kimi aqressiv olmadılar. Hər iki komanda ikinci yeri hədəfləyir. Bu, son saniyəyə qədər dramatik matç olacaq”.
saytlarin hazirlanmasi
