Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, fransızların heyətində bu matçda debüt reallaşa bilər.
Məsələ burasındadır ki, dünya çempionatına vəsiqəni təmin edən Fransa yığması Azərbaycanla görüşdə aparıcı üzvlərinə istirahət vermək istəyir.
Komandanın baş məşqçisi Didye Deşamn qapı xəttində PSJ-nin qolkiperi Luka Şevalyeyə şans verməyi planlaşdırır. Bu baş verərsə, onun millidə debütü olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov stadionunda keçiriləcək oyuna 21:00-da start veriləcək.
saytlarin hazirlanmasi
