"Qarabağ"ın rəqibi Səudiyyə Ərəbistanı klubunun futbolçusunu istəyir

18:48 - 16 Noyabr 2025

İtaliya çempionu “Napoli” transfer çalışmalarını davam etdirir. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi Portuqaliyanın U-21 yığmasının üzvü Roger Fernandesi heyətinə qatmağı planlaşdırır.

19 yaşlı vinger hazırda “Əl-İttihad”da oynayır. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

"Braqa"nın yetirməsi 2025-ci ildə “Əl-İttihad”a keçmişdi. 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının 5-ci turunda “Napoli” ilə qarşılaşacaq. Bu görüş noyabrın 25-də keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.
 

Xəbər xətti