Qurban Qurbanovun görüş təklifini geri çevirdi – "Qarabağ"ın bu transfer həmləsi boşa çıxdı

18:59 - 17 Noyabr 2025

Rusiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan əsilli futbolçu Ülvi Babayev karyerası barədə qərarını verib.

Sportal.az idmanxeber.az-a istinadən xəbər verir ki, futbolçu “Qarabağ”ın gündəminə gəlib. Ağdam təmsilçisi gənc vingerlə yaxından maraqlanıb.

Hətta baş məşqçi Qurban Qurbanov transferlə bağlı futbolçunun özü və ya ailəsi ilə əlaqə saxlamaq istəsə də, qarşı tərəfdən cavab ala bilməyib. Buna səbəb Babayevin Rusiya klubundan ayrılmaq istəməməsi olub.

Gənc oyunçu karyerasını Moskva təmsilçisində davam etdirməyə qərar verib.

Xatırladaq ki, oyunçu Rusiyanın U-21 millisində çıxış edir. Son günlərdə AFFA-nın oyunçu üçün hərəkətə keçdiyi də iddia edilir.

Xəbər xətti