"Kəpəz" yeni transferini qeydiyyatdan keçirdi, "Karvan-Yevlax"la matçda meydana çıxa biləcək

12:51 - 18 Noyabr 2025

Misli Premyer Liqasının 12-ci turundan “Kəpəz” yeni qolkiperdən istifadə edə biləcək.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi artıq Yusif İmanovu PFL-də qeydiyyatdan keçirib və bu mövsüm üçün sifariş edib.

Belədə, İmanov artıq “Kəpəz”in futbolçusu kimi meydana çıxmaq hüququna sahibdir.

Klub onun transferini rəsmi olaraq açıqlamasa da, millimizə də cəlb edilmiş qolkiper 12-ci turunun “Karvan-Yevlax”la görüşündə “Kəpəz”in heyətində yer alacaq.

23 yaşlı qolkiper yayda “Sabah”dan ayrılaraq Kosovonun “Malışeva” komandasına keçmişdi. Əlavə edək ki, “Kəpəz” noyabrın 21-də Yevlaxda “Karvan-Yevlax”ın qonağı olacaq. Həmin oyuna 14:00-da start veriləcək.

Xəbər xətti