Arda Güler üçün 100 milyon avro

19:52 - 18 Noyabr 2025

"Mançester Siti" "Real"da çıxış edən Arda Güleri transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Premyer Liqa nəhənginin baş məşqçisi Pep Qvardiola türkiyəli hücumameyilli yarımmüdafiəçini mükəmməl oyunçu hesab edir. İngiltərə klubu 20 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Arda Güleri 2024-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qqol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti