Nigeriyalı hücumçu İstanbul klubunun hədəfində

19:16 - 18 Noyabr 2025

Türkiyənin "Fənərbaxça" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Vulverhempton"da çıxış edən Tolu Arokodaredir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Super Liqa təmsilçisi nigeriyalı forvardı satınalma bəndi ilıə icarəyə götürmək istəyir. "Fənərbaxça" yaxın günlərdə 24 yaşlı futbolçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Vulverhempton"" Tolu Arokodareni 2025-ci ilin yanvar ayında "Genk"dən 226 milyon avroya transfer edib. Nigeriya millisinin üzvü cari mövsümdə "qurdlar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti