"Neftçi"nin Misir klubu ilə oyununun yeri və vaxtı bəlli oldu

17:53 - 12 Yanvar 2026

“Neftçi”nin Əbu-Dabi toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, yanvarın 13-ü həm yerli, həm də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək “Piramids”lə (Misir) görüş “Məhəmməd bin Zayed” stadionunda baş tutacaq.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

Xəbər xətti