"Qəbələ" I Liqa klubu ilə qarşılaşacaq

11:17 - 18 Yanvar 2026

Bu gün "Qəbələ" qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi I Liqa klubu "Baku Sportinq"lə qarşılaşacaq.

Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək və oyuna saat 14:00-da start veriləcək.

Təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" daha əvvəl "Kəpəz" (3:1) və "Araz-Naxçıvan"la (1:0) qarşılaşıb.

Xəbər xətti