Liderlərin duelində "Xankəndi" sevindi, Şəmkirdə heç-heçə - II Liqa

16:39 - 24 Fevral 2026

Futbol üzrə Azərbaycan II Liqasında XV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Turun mərkəzi qarşılaşması "Qaradağ Lökbatan"la "Xankəndi" arasında baş tutub. 14 turdan sonra 39 xal toplayan liderlərin dueli ikincilərin qələbəsi ilə başa çatıb. "Şəmkir" - "Şəki Siti" matçında isə qapılara qol vurulmayıb.

II Liqa, XV tur

24 fevral

"Xankəndi" - "Qaradağ Lökbatan" 2:1
Qollar: 
E.Quliyev, 61, F.Abbaslı, 76 (avtoqol) - S.Allahquliyev, 16

"Şəmkir" - "Şəki Siti" 0:0

Xəbər xətti