"Mingəçevir" qapıçı Orxan Sadıqlı ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 millisinin sabiq üzvü olan 32 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Orxan Sadıqlı mövsümün əvvəlindən "Mingəçevir"də çıxış edirdi.
saytlarin hazirlanmasi
