Azər Bağırov: "Qeyri-stabil olduğumuzu deməzdim, daha yaxşı olmağa çalışacağıq"

17:29 - 15 Mart 2026

"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, komandamızı sona qədər dəstəklədilər. İnanıram ki, futbolçular dəstəyin qarşılığını onlara meydançada verdilər. Yaxşı futbol oynadıq. Texniki tərəfdən bəzi çatışmazlıqlarımız var. Amma oyundan-oyuna daha yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Vaxt keçdikcə oyun sarıdan başqa "Kəpəz" görəcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 24-cü turunun "Turan Tovuz"la (1:1) görüşdən sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Jo Batişta ötən turda "Neftçi"yə də oxşar qol vurmuşdu. Bu gün də "Kəpəz"in qapısına yol tapdı. Ani diqqətsizlik oldu ki, qol burxdınız?

Yox, mən elə deməzdim, səhv oradan başlamadı. Səhv daha irəlidə idi. Top bizdə olarkən, itirməyimiz həmin zonanın boş qalmasına, sonda qapımıza vurulan qola gətirib çıxardı. Bir zonanı boşaldırsansa, digər zonalardakı boşluqlar dərhal sezilir. Rauf Hüseynli də maksimumu etməyə çalışdı, amma əfsuslar olsun ki, ayağı sürüşdü. Biz əks-hücuma keçməkdən, rəqib bizi azlıqda tutdu. Futboldur, rəqibin də usta oyunçuları var. Onların da bacarıqlarını danmaq olmaz.

- "Kəpəz" bu gün bəlkə də ən yaxşı oyununu oynadı. Daim bu cür oynamağa nə imkan vermir?

Son matçlarda "Kəpəz" daha istəkli oynayır. "Sumqayıt", "Zirə"yə qarşı oyunlar...Bu gün "Turan Tovuz"a qarşı da istəkli idik. Qeyri-stabil olduğumuzu deməzdim. Son 4-5 oyundur ki, göz dəyməsin, stabil oynayırıq. Meydançada əsl futbol oynayırıq. Hamı maraqlı futbol izlədi. Futbolçularıma təşəkkür edirəm ki, dediklərimi meydançada həyata keçirdilər.

Mirbağırağa

Xəbər xətti