Milli komandamızın sabiq üzvü Riçard Almeyda komandasını dəyişib.
Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Primavera"dan ayrılıb.
O, D Seriyasında mübarizə aparan "XV Piraçiçaba" klubu ilə müqavilə imzalayıb.
"Qarabağ" və "Zirə"də də oynamış braziliyalı "Primavera"nın heyətində 22 matçda 2 qol vurmuşdu.
Riçard millimizin heyətində 31 matça çıxıb, 3 qola imza atmışdı.
saytlarin hazirlanmasi
