UFC çempionu və hazırda UFC Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov Madridə səfər edib.
Sportal.az xəbər verir ki, 37 yaşlı keçmiş döyüşçü İspaniya La Liqasının 30-cu turunun "Atletiko”- “Barselona” (1:2) görüşünü izləyib.
Həbib matça dəvət üçün Madrid klubuna təşəkkür edib və “Atletiko”nun ona verdiyi hədiyyəni - üzərində yeddi rəqəmi olan fərdi formanı nümayiş etdirib.

