"Bir DÇ-də iştirak etməmək xəbərdarlıq, ikisi böhran, üçü isə tam uğursuzluqdur"

19:47 - 5 Aprel 2026

İtaliya millisinin sabiq kapitanı Paolo Maldini yığma komandanın son uğursuzluğu ilə bağlı fikirlərini bildirib. 

Sportal.az “The Touchline”a istinadən xəbər verir ki, veteran futbolçu millinin böyük uğursuzluq adlandırıb: 

"İtaliya millisinin formasını geyinəndə qürur və tarixi məsuliyyət hiss edirsən. Bu, sadəcə hər hansı bir milli komanda deyil: bu, futbol tarixinin ən böyük komandalarından biridir. Bir dünya çempionatında iştirak etməmək xəbərdarlıq əlaməti, ikisi böhran, üçü isə tam uğursuzluqdur. Mənim dövrümdə istedada dəyər verilirdi, amma xarakter və mentalitet birinci yerdə idi. İntizam, fədakarlıq, gerbə hörmət... Bunlar dəyişməz qaydalar idi. Bu gün mən eyni səviyyədə qalib gəlmək istəyini görmürəm. Milli komanda forması üçün hər şeyini verməyə hazır olan oyunçuları görmürəm. Bosniya və Herseqovina millisinə məğlubiyyət sadəcə məyusedici nəticə deyil, daha dərin bir problemin əksidir. Kimlik, qürur və məsuliyyət olmadan İtaliya artıq İtaliya olmaqdan çıxır".

Paolo Maldini 1988-ci ildən 2002-ci ilə qədər milli komandanın şərəfini qoruyub.
 

Xəbər xətti