Kapitan "İnter"ə kömək edə bilməyəcək

13:51 - 11 Aprel 2026

Lautaro Martines qarşıdakı oyunlarda "İnter"ə kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı futbolçuda sol baldır əzələsində yüngül dartılma aşkarlanıb. Onun vəziyyəti yaxın zamanda yenidən qiymətləndiriləcək.

Kapitan ttəxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, 28 yaşlı hücumçu A Seriyasında "Kalyari" və "Komo" ilə oyunları, o cümlədən İtaliya  Kubokundakı qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, Lautaro Martines cari mövsümdə "İnter"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 20 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti