"Beşiktaş" Norveç millisinin üzvünü transfer etmək istəyir

15:36 - 11 Aprel 2026

"Tromsö"nün yarımmüdafiəçisi Yens Hyerto-Dal karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Hyerto-Dalı yayda heyətinə qatmağa çalışacaq. Portuqaliyanın "Sportinq" klubu də 20 yaşlı oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, Yens Hyerto-Dal "Tromsö"nün yetirməsidir. Norveç U-21 millisinin üzvü cari mövsümdə klubunun heyətində meydana çıxdığı 3 rəsmi matçda 4 qol vurub.

Xəbər xətti