Futzal üzrə Azərbaycan milli komandası Gürcüstan yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, iki gün əvvəlki oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç həm qapıda, həm də Meydan oyunçuları sırasında dəyişiklik etmişdi. Çərçivə bu dəfə Emin Kürdova tapşırılmışdısa, ilk dəqiqələrdən meydana bu gün doğun gününün qeyd edən Tofiq Mikayılov, Oqtay Rüstəmli, Murad Quluzadə və Fərid Abbasov çıxmışdı. Yeri gəlmişkən, ötən matçda meydana çıxan Pünhan Qasımzadə əsas millidə debütünü reallaşdırmışdı
Oyuna gəldikdə, hesabı yenə meydan sahibi komanda açdı. Ötürmə səhvindən sonra topa sahib olan rəqib 4-cü dəqiqədə sükutu pozdu. Sonrakı dəqiqələrdə az 2 dəfə komandamız statys-kvonu bərpa edə bilərdi. Xüsusilə də Fərid Abbasovun boş qapını dəqiq nişan ala bilmədi. 14-cü dəqiqədə tarazlığı bərpa edə bildik. Ülvinin qapı qarşısına parallel ötürməsini Nihad tora qovuşdurdu. 1 dəqiqə sonra meydan sahibləri mübahisəli qol vuraraq hesabı yenidən lehinə dəyişdi. İkinci hissədə üstün oynayan tərəf komandamız olsa da, fərqlənən gürcülər oldu. Beləliklə eyni rəqiblə ikinci oyunda da Gürcüstan yığması qələbə qazandı.
Gürcüstan – Azərbaycan (2:1) 5:2
Qollar: Nikoloz Qabriçidze, 3:03, Levan Svanidze, 14:09, Giorgi Çimakadze, 34:02 , 38:16, Nikoloz Kurtanidze, 37:26 // Nihad İsmayılov, 13:02, Ədalət Ələkbərov, 39:37
