"Napoli" prezidenti Aurelio De Laurentiis futbol təqvimi və matçların çoxluğu ilə bağlı sərt tənqidlər səsləndirib.
Sportal.az xəbər verir ki, "Napoli" prezidenti bildirib ki, 1986-cı ildə Seriya A-da 16 komanda var idi, daha sonra 20 komandaya yüksəlib və bu da oyun sayının ciddi şəkildə artmasına səbəb olub.
O, həmçinin UEFA və FIFA-nı daha çox gəlir əldə etmək üçün turnirləri uzatmaqda ittiham edib və yeni formatların (o cümlədən klub dünya çempionatı) əlavə yük yaratdığını deyib.
De Laurentiisin sözlərinə görə, futbolçuların mövsümdə 70 matç oynaması “özünü məhv etmək” deməkdir və bu temp daimi şəkildə davam etdirilə bilməz. O, Luka Modriç kimi yaşlı futbolçuları misal çəkərək belə yükün mümkün olmadığını vurğulayıb.
Sonda o əlavə edib ki, gəlir klublara daha çox çatmalı, federasiyalar isə bu qədər böyük qazanc əldə etməməlidir və UEFA ilə FIFA-nın gəlirlərin ədalətli bölüşdürülməsi ilə bağlı açıqlamalarına şübhə ilə yanaşır.
saytlarin hazirlanmasi
