Manuel Noyer Almaniya millisindəki karyerasını Julian Nagelsmann ilə münaqişəyə görə bitirdiyi iddialarını təkzib edib.
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper ZDF-yə müsahibəsində maraqlı faktlara toxunub:
“Bu, tamamilə doğru deyil. O, “Bavariya”da məşqçim olanda da danışırdıq, Avropa çempionatında da onun rəhbərliyi altında oynamışam. Aramızda heç bir konflikt yoxdur, münasibətlərimiz yaxşıdır. Nə mən, nə də o, başqalarının dediklərinə fikir veririk."
Noyer əlavə edib ki, dünya çempionatında iştirak etməyəcək və hazırda bütün diqqətini "Bavariya"ya yönəldib:
“Mən millidə iştirak etmirəm və bu prosesin içində deyiləm. “Bavariya”ya fokuslanmışam, bizi qarşıda çox vacib oyunlar gözləyir və komandayla birlikdə bundan zövq almağa çalışıram."
saytlarin hazirlanmasi
