Bolqarıstanda ölkə çempionatının Konfrans Liqası qrupu çərçivəsində 32-ci turun bir sıra oyunları keçirilib.
Sportal.az xəbər verir ki, heyətində Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov çıxış edən "Arda" öz meydanında "Çerno More"ni qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb. Hüseynov matçın hamısında meydanda olub.
Hazırda “Arda” 45 xalla ümumi turnir cədvəlində 7-ci, Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan 4 komandalıq altqrupda isə 3-cü yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi
