“İnter” baş məşqçi Kristian Kivu ilə müqavilə müddətinin artırılması ilə bağlı danışıqların son mərhələsindədir.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, “nerazzura” rəhbərliyi onunla müqavilə müddətini 2 illik artırmaq istəyir.
Yeni müqaviləyə əsasən rumın mütəxəssis 2029-cu il iyunun 30-na qədər “İnter”i çalışdıracaq.
“İnter” dünən A seriyasının 35-ci turunda "Parma"nı 2:0 hesabı ilə məğlub edərək 21-ci dəfə çempionluğu qazanıb.
Kivunun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
