FIFA-nın "Neftçi"yə transfer qadağası qoyub.
Sportal.az xəbər verir ki, FİFA məlumat yayıb.
"Neftçi"nin mətbuat katibi Asəf Zeynallı məsələ ilə bağlı danışaraq, narahatlığa əsas olmadığını bildirib:
"Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdi. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".
saytlarin hazirlanmasi
