"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes "Qalatasaray"ın maraq dairəsindədir.
Sportal.az xəbər verir ki, jurnalist Florian Plettenbergin məlumatına görə, Türkiyə klubu bu yay transferlər vasitəsilə yenidən iddialı olmağı planlaşdırır. Klubun diqqət mərkəzində əsasən “10 nömrə” və “6 nömrə” mövqeləridir.
“Qalatasaray” ötən transfer pəncərəsində də Fernandeslə maraqlanmışdı və o, hələ də klubun hədəflərindən biridir. Klub portuqaliyalı futbolçunun nümayəndələri ilə yenidən əlaqə saxlamaq istəyir, lakin “Mançester Yunayted”də onun Çempionlar Liqasında oynamaq imkanı olduğu üçün transferin reallaşma şansını yüksək qiymətləndirmir.
Bu mövsüm Bruno Premyer Liqada 32 oyuna çıxıb, 8 qol vurub və 19 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
