Çempionlar Liqası: "Arsenal" finalda

00:57 - 6 May 2026

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı məlum olub.

Sportal.az xəbər verir ki, "Arsenal" yarımfinal mərhələsinin cavab görüşündə "Atletiko"nu qəbul edib. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 1:1. Cavab matçında isə "topçular" 1:0 hesablı qələbə qazanaraq adını finala yazdırıb.

Qeyd edək ki, "Arsenal" sabah keçiriləcək "Bavariya" - PSJ matçının qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

5 may

23:00 "Arsenal" - "Atletiko" 1:0

Qol: B.Saka,44

Xəbər xətti