İspaniyanın "Vilyarreal" klubu mövsümün sonunda müqaviləsi başa çatan baş məşqçi Marselino Qarsiya Toralla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi 60 yaşlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub ispaniyalı çalışdırıcı ilə yeni sözləşmə imzalamayacaq.
Qeyd edək ki, Marselino Qarsiya Toral 2023-cü ilin noyabrında "Vilyarreal"ın baş məşqçisi vəzifəsinə təyin olunub. "Sarı sualtı qayıq" ölkə çempionatında 34 turdan sonra 68 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
