Premyer Liqa klubundan 20 milyon avroluq transfer

19:49 - 4 May 2026

"Zaltsburq"un müdafiəçisi Yannik Şuster karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Brentford" avstriyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu 19 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Yannik Şuster "Zaltsburq"un yetirməsidir. Avstriya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti