"Beşiktaş"ınfutbolçusu Milot Raşitsa İstanbulda klubunu dəyişə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Başakşehir" kosovolu vingeri transfer etmək istəyir.
"Bayquşlar"ın baş məşqçisi Nuri Şahin Raşitsanın oyununu bəyənir. Klub 29 yaşlı oyunçu üçün "ağ-qaralar"a 3,5 milyon avroluq təklif göndərməyi planlaşdırır. Futbolçu özü "Başakşehir"ə keçməyə isti yanaşır
Qeyd edək ki, "Beşiktaş" Milot Raşitsanı 2023-cü ilin yayında "Norviç"dən 5,2 milyon avroya transfer edib. Kosovo millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
