Futbol üzrə Azərbaycan II Liqasında XXV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün lider "Xankəndi" səfərdə "Quba"nın qonağı olub. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Xankəndi" sona 2 tur qalmış 70 xalla 1-ci pillədə, "Quba" isə 48 xalla 3-cü sırada yer alıb.
II Liqa, XXV tur
5 may
"Quba" - "Xankəndi" 0:3
Qollar: T.Qurbatov, 17, 51, B.Teymurov, 69
Qırmızı vərəqə: K.Mirzəyev, 71 ("Quba")
