"Bavariya" UEFA-ya şikayət məktubu ünvanlayacaq - hakimlikdən narazı qalıblar

11:55 - 7 May 2026

“Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ ilə (1:1) cavab görüşündəki hakim idarəçiliyindən narazı qalıb.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya nəhənginin rəsmiləri hakimlərin nəticəyə təsir edən qərarlar verdiyini düşünür.

Buna görə də, “Bavariya” yaxın günlərdə UEFA-ya rəsmi şəkildə şikayət ünvanlamağı planlaşdırır.

Klub rəsmiləri Münhendəki görüşdə hakim qərarları ilə bağlı ciddi narahatlıqlarını UEFA-ya şifahi bildiriblər. 

Qeyd edək ki, matçın gedişində baş hakim Joao Pineyronun verdiyi qərarlar “Bavariya” tərəfinin narazılığı ilə qarşılanmışdı.

Xəbər xətti