"Barselona"nın yarımmüdafiəçisi üçün 40 milyon avro

20:58 - 13 Oktyabr 2026

"Barselona"nın əsas heyətində yerini itirən Qavi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Napoli" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Goal" nəşri məlumat yayıb.

Neapol klubu Qavi üçün 30+10 milyon avroluq təklif göndərməyi planlaşdırır. 22 yaşlı oyunçu qışa kimi az şans qazansa, yanvarda komandadan ayrılmaq ehtimalını dəyərləndirə bilər.

Qeyd edək ki, Qavi "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 142 dəqiqə oynayıb.

Xəbər xətti