"Slaviya"nın vingeri "Sabah"la görüş barədə: "Üç xal qazanmaq üçün maksimumuzu verməli idik"

13:55 - 14 Oktyabr 2026

“Slaviya” (Praqa) klubunun futbolçusu Lukaş Provod Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda “Sabah”a 2:0 hesablı məğlubiyyətlə bağlı şərh verib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çexiya klubunun vingeri Bakıdakı uğursuz oyun haqda bunları deyib:

“Mənimlə bağlı qol epizodunu təkrar izlədim. Top geri qayıtdı və mən zərbə endirməyə çalışdım, amma qapıçı yaxşı seyv etdi. Sonra başla zərbə endirdim və top yenidən oyunçuya dəydi. Bu barədə nə deyəcəyimi bilmirəm, qol olmalı idi. Bu mənim günahımdır. Standart zərbələrdən sonra qollarla nəticələnməli olan bir neçə şansım oldu. Hər şeyi təhlil etməliyik. İlk hissədə zəif oynadıq. Niyə bilmirəm, amma az qol epizodu yaratdıq. Üç xal qazanmaq üçün meydanda maksimumuzu verməli idik. Amma bu baş vermədi”.

Xəbər xətti