"Beşiktaş" UEFA Avropa Liqası Liqa mərhələsinin II turu çərçivəsində səfərdə "Hoffenhaym"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyadakı matça ciddi itkilərlə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu Duşan Vlahoviç mədəsində olan ağrılara görə komandaya kömək edə bilməyəcək. Vinger Vatslav Çerni isə zədəlidir.
Qeyd edək ki, "Hoffenhaym" - "Beşiktaş" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
