“Liverpul” İngiltərə Premyer Liqasının 10-cu turunda səfərdə “Kristal Pelas”ı 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, buna qədər Andoni İraolanın komandası ardıcıl iki oyunda məğlub olmuşdu. Komanda APL-də “Arsenal”a (0:1), Çempionlar Liqasında isə “Fənərbağça”ya (2:3) uduzmuşdu.
Bugünkü qələbə sayəsində mersisaydlılar 18 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəliblər. Onları “Mançester Siti” (21 xal), “Brayton” (22 xal) və “Arsenal” (27 xal) qabaqlayır.
Noyabrın 22-də “Liverpul” APL-in 11-ci turunda doğma meydanda “Mançester Yunayted”i qəbul edəcək.
saytlarin hazirlanmasi
