Tərlan Əhmədov: "Onlarla şəxsi prinsipim yoxdu" MÜSAHİBƏ

17:34 - 13 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qəbələ" - AZAL matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Tərlan Quliyev oyunla bağlı fikirlərini bildirib. 

 

"Açığı, itkilərə baxmayaraq, komanda mübarizə apardı. Futbol səhvlər üzərində qurulub. Hər oyun belə səhvlərdən qol buraxırıq. Amma bu gün komandanın mübarizəsindən razı qaldım. Səfərdə bir qol vurmuşuqsa, cavab matçında düzgün oynamalıyıq. Mərhələni adlamaq istəyirik. "Qəbələ" ad qazanmış komandadı. Yüksək səviyyəli oyunçuları var. 3 gün sonra "Neftçi" ilə derbi oyunumuz var. Bu oyuna çox ciddi hazırlaşacağıq. Komandama bir daha sərgilədiyi oyuna görə təşəkkür edirəm. 3-cü dövrədə tamamı ilə başqa komanda görəcəksiz.

 

- Komandanız həqiqətən də əmzkar oynadı. Çempionatdakı qalmaqalla başa çatan oyunun təsiri var idimi?

- Yox. Mən bu gün oyunun quruluşunu paltardəyişmə otağında etmişəm. Futbolçuları sərbəst hazırlamışdım. Heyəti demişəm, uşaqlar meydana çıxıb. Bu, heç 5 dəqiqə də çəkməyib. Çünki həftə ərzində uşaqlara tapşırıqlarımı vermişdim. Belə oyun qabağı futbolçuları psixoloji baxımından yormaq düzgün deyil. 

 

- Fasilədən sonra rəqib 3-5-2 keçəndən sonra meydanı ələ keçirdi. Buna qarşı bir arqument qoya bilmədiniz...

- "Qəbələ"nin heyətində çox yüksək səviyyəli futbolçular var. İkinci hissədə meydana çıxan Nika Kvekveskiri sizin suala artıq cavab verir. Mən isə ehtiyat oyunçular skamyasında baxanda çətinliklər çəkirəm. Bu gün əlimdəki olan materiallardan çıxılmaz vəziyyətdə qaldım. Rəşadın Ozobiçin ustalıq səviyyəsi göz önündədi. 10 futbolçu da qoysaydım ortaya, xeyiri olmayacaqdı.

 

-  Son günlər "AAAF Park"ın AZAL-a sponsorluq ediləcəyi deyilir...

- Məni bu komandaya Zaur Axundovla Fikrət Hüseynov gətirib. Onlar burda olmasa, mən də olmayacam.

 

- Yaxşı günlərini yaşamayan "Neftçi"ni məğlub edə biləcəksiz? Nəzərə alaq ki, onlara qarşı AZAL prinsipal oyun nümayiş etdirir...

-  Mən Vanqa deyiləm. Mən sadəcə, komandanı oyuna kökləyirəm. Uğuru verən gözəgörünməzdi. Onlarla şəxsi prinsipim yoxdu. "Neftçi"nin adı var. Amma biz də çalışacağıq ki, 3 xal uğrunda mübarizə aparaq.

Xəbər xətti