Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Ankaragücü"nün qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 82-yə yüksəldən "Qalatasaray" Türkiyə çempionluğunu təmin edib. "Cim bom" ən yaxın izləyicisi olan"Fənərbaxça"nı mövsümün sonuna iki tur qalmış 5 xal qabaqlayır.
Qeyd edək ki, son turda "Qalatasaray" və "Fənərbaxça" Super Liqada iştirakını dayandıran "Hatayspor" və "Qaziantep"lə qarşılaşacaq. Həmin görüşlərdə hər iki komandaya 3 xal veriləcək. Buna görə də"Qalatasaray" vaxtından əvvəl çempion olub. Bu, "sarı-qırmızılar"ın 23-cü Türkiyə çempionluğudur.
saytlarin hazirlanmasi