Türkiyəli futbolçu Burak Yılmaz peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb.
Qeyd edək ki, son olaraq Niderlandın "Fortuna Sittard" klubunda çıxış etmiş Burak Yılmaz karyerası ərzində "Antalyaspor", "Beşiktaş", "Manisaspor", "Fənərbaxça", "Eskişehirspor", "Trabzonspor", "Qalatasaray", "Bejinq Quoan" və "Lill"də oynayıb. Təcrübəli forvard Türkiyə millisinin heyətində keçirdiyi 77 rəsmi matçda 31 qol vurub.
saytlarin hazirlanmasi