Türkiyə millisində itki yaşanıb.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, millinin aparıcı üzvü Çağlar Söyüncü zədələnib.
27 yaşlı müdafiəçinin sağ ayaq əzələsində problem yaranıb. Belədə, Söyüncünün AVRO-2024-ün seçmə mərhələsindəki Uels və Latviya matçlarında oynamayacağı dəqiqləşib.
O, müalicəsi üçün düşərgəsini tərk edib.
Türkiyə iyunun 16-da Latviya, 19-da isə Uels ilə üz-üzə gələcək
saytlarin hazirlanmasi