Türkiyənin "Başakşehir" klubunda ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Caner Erkinlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı sol cinah müdafiəçisinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Caner Erkin bu ilin yanvar ayından "Başekşehir"də çıxış edirdi. Türkiyə millisinin üzvü komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi