Türkiyə millisinin sabiq üzvü Gökhan Gönül aktiv futbolçu karyerasını yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, türkiyəli bu haqda sosial şəbəkə hesabında məlumat verib.
Gönülə bir neçə klubdan təklif olsa da, o, karyerasına yekun vurmağı qərara alıb.
"Fənərbaxça", "Beşiktaş" kimi komandalarda oynamış Gökhan son dəfə "Rizespor" formasını geyinmişdi. Adıçəkilən veteran futbolçu Türkiyə millisində 66 görüşdə meydana çıxıb, bir qolla vurub.
saytlarin hazirlanmasi