Arda Güler adını Türkiyə milli komandasının tarixində yazdırıb.
Sportal.az xəbər verir ki, gənc futbolçu buna Avro-2024-ün seçmə mərhələsinin Uelslə matçında fərqlənməklə nail olub.
"Fənərbaxça"nın yarımmüdafiəçisi "ay-ulduzlular"ın heyətində rəsmi matçlarda qol vuran ən gənc futbolçu kimi tarixə düşüb. 80-ci dəqiqədə komandasının ikinci qolunu vuran Arda 18 yaş 114 günlüyündə fərqlənib.
Qeyd edək ki, Türkiyə yığması Uelsi 2:0 hesabı ilə məğlub edərək D qrupunun lideri olub.
saytlarin hazirlanmasi