Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Emrer Taştemirlə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı sol cinah müdafiəçisinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Qalatasaray" Emre Taştemiri 2019-cu ilin yayında "Bursaspor"dan transfer etmişdi. Türk futbolçu son mövsümdə Super Liqada meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi