İstanbul klubu argentinalı ilə yollarını ayırdı

15:33 - 23 İyun 2023

Türkiyənin "Başakşehir" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Lukas Biqlia ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, "Başakşehir" Lukas Biqlianı 2022-ci ilin yayında "Fatih Karagümrük"dən transfer etmişdi. Argentina millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində 42 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti