"İnter" Stefan de Vreyi komandada qalmağa razı salıb.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, niderlandlı müqdafiəçinin müqavilə müddəti 2025-ci ilin iyun ayına qədər artırılıb.
Adı "Qalatasaray"la birgə çəkilən Stefan Milanı tərk etmək istəməyib. O, 2025-ci ilin yayında "İnter"lə müqaviləsini daha bir mövsüm uzatmaq imkanına sahib olacaq.
31 yaşlı futbolçu “Feyenoord” və “Latsio”da oynadıqdan sonra 2018-ci ildə “İnter”lə müqavilə imzalamışdı.