Türkiyə millisinin sabiq üzvü Caner Erkin özünə yeni komanda tapıb.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi "Eyüpspor"la anlaşıb. O, vaxtı ilə birlikdə oynadığı, hazırda adıçəkilən klubun baş məşqçisi olan Arda Turanın təklifini geri çevirməyib.
Erkin də İstanbul təmsilçisi ilə bir illik müqavilə imzalamağa razılıq verib. “Manispor”, ÇSKA(Moskva), “Qalatasaray”, “Fənərbaxça”, “İnter”, “Beşiktaş”, “Fatih Karagümrük”, “Başakşəhər” klublarında oynamış Erkinin “Neftçi”yə keçəcəyi gözlənilirdi.
saytlarin hazirlanmasi