Superliqa klubu "Nyukasl"ın sabiq müdafiəçisini transfer etdi

22:21 - 25 İyun 2023

Türkiyə Superliqasına yeni vəsiqə qazanan "Samsunspor" növbəti transferi həyata keçirib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi Slovakiya millisinin müdafiəçisi Lübomir Şatkanı heyətinə qatıb.

"Samsunspor" 27 yaşlı futbolçunu "Lex"dən (Poznan) transfer edib. Onunla üç müqavilə imzalanıb.

Şatka 2019-cu ildən formasını geyindiyi “Lex”də 113 oyuna 5 qol vurub. Müdafiəçi Slovakiya yığmasında da 32 oyun keçirib.

Slovakiyalı "Nyukasl", "York Siti", "Dunayska Streda" klublarında oynayıb.

Xəbər xətti